Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, ümumi sahəsi 20 kvadratmetr olan bir mərtəbəli fərdi ev və ona bitişik həyətdə tikilmiş ümumi sahəsi 45 kvadratmetr olan otağın tavanının bir hissəsi yanıb. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi tüstüdən zəhərlənmiş halda tapılıb. O, təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB