Dövlət Yol Polisi İdarəsinin komandiri qəzaya düşüb

Dövlət Yol Polisi İdarəsinin komandiri qəzaya düşüb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xüsusi müşayiət bölüyünün komandiri Cəmşid Hənifəyev yol qəzasına düşüb. SİA-nın xəbərinə görə, Heydər Əliyev prospekti ilə şəhər istiqamətində hərəkət edən "Volkswagen" markalı avtomobil xüsusi müşayiət bölüyünün komandiri Cəmşid Hənifəyevin xidməti avtomobilinə çırpılıb. Nəticədə bir yol polisi xəsarət alıb. Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə