Noyabrın 11-i saat 03 radələrində əvvəllər məhkum olunmuş Aydın Məmmədov Binə qəsəbəsində Samir Abdullayevə məxsus "VAZ-2107" markalı avtomobili qaçırmış və həmin qəsəbə ərazisində qardaşı Yaşarı vurub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəticədə Yaşar 3 saylı xəstəxanaya yerləşdirilib, qaçırılmış avtomobil isə saat 01 radələrində qəsəbə ərazisində aşkar edilib. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən A.Məmmədov noyabrın 12-də yaxalanıb.
Noyabrın 4-ü saat 23-dən, 5-i saat 12:30-dək olan müddətdə Ş.Əzizbəyov küçəsində isə Ceyhun Mehdiyevə məxsus "VAZ-21011" markalı avtomobil qaçırılıb. Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, həmin avtomobil noyabrın 5-də Salyan rayonu ərazisində BDYP YPX-nin avtomobili ilə toqquşmuş və rayon ərazisində yerləşən cərimə meydançasına qoyulub. Avtomobili qaçıran Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Tariyel Manafov noyabrın 12-də yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB