Sumqayıtda bir nəfər dəm qazından zəhərlənib

Sumqayıtda bir nəfər dəm qazından zəhərlənib

Bu gün Sumqayıt şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Şəhər sakini Gülnar Hüseynova mənzilində dəm qazından zəhərlənib. Xəstə yaxınları tərəfindən təcili tibbi yardıma çatdırılıb. Sumqayıt şəhər xəstəxanasından SİA-ya verilən məlumata görə, Gülnarə Hüseynovaya ilkin tibbi yardım göstərilsə də hazırda onun vəziyyəti orta-ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə