Türkiyədə əsgərləri aparan maşın aşıb

Türkiyədə əsgərləri aparan maşın aşıb
Türkiyənin Elazığ vilayətindən əsgərləri Vana aparan hərbi maşın yolda qəzya uğrayıb. Nəticədə 29 əsgər yaralanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Vana əsgər aparan avtomobil yolların yağışlı olması səbəbindən yoldan cıxaraq aşıb. Yaralılardan 13-nün vəziyyəti ağır olduğundan onları hərbi helekopterlə Diyarbəkirə aparılıb. Digər yaralı əsgərlər isə Bitlisin Tatvan xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə