\"Kurtlar Vadisi\"nin “Laz Ziya”-sı öldü

Kino və teatr aktyoru olan İstemi Betil ötən gecə 68 yaşında vəfat edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kurtlar Vadisi serialından hər kəsə yaxşı tanış olan\"Laz Ziya\"nın İstemi Betilın meyidi yaşadığı evdə tapılıb. İstanbula atasını görməyə gələn qızı İrəm atasının otağına girdikdə onu cansız olaraq yerdə uzandığını görüb. Iki qız atası olan İstemi Betilin cənazəsi hazırda Yolava qəbirstanlığının morqunda saxlanılır. Aktyorun Cənazəsinin dəfn edilmək üçün Ankaraya aparılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə