Ağdaşda qətl hadisəsi baş verib

Ağdaşda qətl hadisəsi baş verib

Ağdaş rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Ağdaş rayonunda yaşayan Telman Abdullayevin meyiti evində tapılıb. T. Abdullayevin küt alətlə qətlə yetirilməsi müəyyən edilib. Mərhumun evinə baxış zamanı oradan 1 "Mauzer" tipli tapança, 15 ədəd patron və 2 güllə darağı aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə