Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası hadisəsi baş verib. Anasının əlindən çıxaraq yola qaçan uşağı maşın vurub. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Səməd Vurğun küçəsində baş verib. QAZ 53 markalı yük avtomaşını 5 yaşlı Aysel Hüseynovanı vurub. Hadisə nəticəsində xəsarət alan uşaq xəstəxanaya yerləşdirilsədə, lakin həkimlər onun həyatını xilas edə bilməyib.
Rayon polis şöbəsinin müstəntiqi Vüqar Məmmədovdan aldığımız məlumata görə, faktla bağlı Bərdə rayon polis idarəsində cinayət işi başlanıb araşdırma aparılır.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB