FHN orta məktəbdəki partlayışla bağlı məlumat yaydı

FHN orta məktəbdəki partlayışla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakıda orta məktəbdə baş verən partlayışla bağlı məlumat yayıb. Fövqalədə Hallar nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda 234 saylı orta məktəbdə baş verən partlayış zamanı 1 şagird xəsarət alıb. İlkin araşdırmalar nəticəsində, partlayışın məktəbin 3-cü mərtəbəsində, sanitar qovşağında baş verdiyi məlum olub. Hadisə yerinə cəlb olunan xilasedicilər tərəfindən zərərçəkmişə ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadasının həkimlərinə təhvil verilib. Hadisənin başvermə səbəbləri araşdırılır.


Bütün xəbərlər Facebook səhifəmizdə