Şirvan şəhərində quldurluq hadisəsi baş verib

Şirvan şəhərində quldurluq hadisəsi baş verib

Şirvan şəhərində tükürpədici quldurluq hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, 03 noyabr 2011-ci il tarixdə Şirvan şəhərinin "Köhnə Şəhər" adlanan ərazisində Nizami küçəsi ev 27-də yaşayan 1961-ci il təvəllüdlü Bədirova Şərafət Ələkbər qızının mənzilinə axşam saat 12:00 radələrində 1 nəfər tanımadığı şəxs daxil olub. Başında papaq və əynində idman geyimi olan şəxs qadını yerə yıxaraq xalçanın altına salıb. Cinayətkar bıçaqla amansızlıqla qadının başına, bədəninə zərbələr endirərək qollarının dərisini soymağa başlayıb. Qəddarlıqla qadına zor tətbiq edən şəxs Şərafət Ələkbərovadan "dəmi gəlib pul ver" söyüşlü sözlər işlədirmiş.

Ş.Ələkbərova cinayətkarın ona rəhm etməyərək öldürəcəyini görüb pulların yerini göstərib. Naməlum cinayətkar mənzildən 8200 ABŞ dolları və külli miqdarda qızıl zinət əşyaları götürərək aradan çıxıb.

Hadisə yerinə Şirvan Polis Şöbəsinin əməkdaşları gəlib və əməliyyat axtarış tədbirlərinə başlayıblar. Qadın isə ağır vəziyyətdə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkim travmatoloq Tofiq Hüseynovun verdiyi məlumata görə, Bədirova Şərafət Ələkbər qızı döş qəfəsinin əzilməsi, bədənin çox saylı qançırları və qolların bıçaqla kəsilmiş yarası diaqnozu ilə şöbəyə qəbul edilib. Xəstənin ümumi vəziyyəti orta ağır qiymətləndirilir.

Cinayətkar isə hələdə azadlıqda gəzir.

Xatırladaq ki, 04 noyabr 2011-ci ildə Şirvanda oxşar hadisə yanacaqdoldurma məntəqəsində baş verəcəkmiş. Səhərə yaxın, təxminən saat 6 radələrində məntəqəyə nömrəsiz maşınla gələn şəxslər işçilərin oyaq olduğunu görüb qaçıblar. Həmin şəxslərin yanacaq doldurma məntəqəsinə gəlişi ərazidə quraşdırılan kameraların yaddaşında qalıb. Şübhəli şəxslər obyekt sahibinin çevikliyi sayəsində müəyyən edilərək polisə təhvil verilib. Araşdırma aparılır.

Şirvan şəhərində kiriminal durum son günlər kəskin ağırlaşıb. Həyəcanlı hadisələr sakinləri narahat edir.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə