Yasamalda ev yandı

Bu gün Bakı şəhər Yasamal rayonu Vidadi küçəsində 6 saylı mənzildə yanğın baş verib. SİA-nın verdiyi xəbərə görə, 3 otaqdan ibarət olan mənzilin mətbəxi tamamilə yararsız hala düşüb, otaqlara isə maddi ziyan dəyib. Hadisə yerinə dərhal gələn Fövqəladə Hallar Nazirliyninin əməkdaşları mənzilə baxış keçirib. Hadisəyə ilkin versiya kimi mətbəxdə olan qaz sobasında və paltaryuyan maşında yaranmış qısaqapanma olduğu göstərilir. Xoşbəxtlikdən yanğın zamanı evdə heç kim olmadığından ölən və xəsarət alan olmayıb.

Fakta bağlı Yasamal rayon polis idarəsində araşdırma aparılır.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə