Qaraməryəm-İsmayıllı yolunun 4-cü kilometrində Kürdmaşı kəndi ərazisində zəncirvarı yol qəzası baş verib. SİA-nın xəbərinə görə, ötən gün axşam saatlarında olan hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.
"VAZ 21011", "VAZ 2109" markalı minik maşınları və "Ural" markalı yük avtomobilinin toqquşması nəticəsində İsmayıllı rayonu Təzəkənd kəndi sakini, 1968-ci il təvəllüdlü Rəsmiyyə Səfərova, 1982-ci il təvəllüdlü Xəyal Hüseynov və 1986-cı il təvəllüdlü Musa Qasımov ağır bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon xəstəxanasına çatdırılıblar. "VAZ 21011"-in sürücüsü Musa Qasımov aldığı xəsarətlərdən xəstəxanada keçinib.
Hazırda faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB