Göygöl rayon sakini dəm qazından boğularaq həyatını itirib. Bu barədə SİA-nın Qərb Bürosuna Göygöl rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə Yeni Zod kəndində qeydə alınıb.
1968-ci il təvəllüdlü Rəsmiyyə Hüseynova yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB