Türkiyənin mərkəzi hissəsində yerləşən Konya şəhərində aviaqəza baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus \"F-4\" markalı hərbi təyyarə təlim uçuşu zamanı yerə çırpılıb. Nəticədə, təyyarənin 2 pilotu ölüb.
Hadisə Karatay rayonunun, Karakaya yaşayış məntəqəsində qeydə alınıb. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB