Toyuq hinində narkotik maddə aşkar edilib

Şərifli küçəsində kirayədə yaşayan, əvvəllər məhkum olunmuş Mirqədir Mahmudovun yaşadığı evin həyətində yerləşən toyuq hinindən 200 qram narkotik maddə olan marixuana aşkar edilərək götürülüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əməliyyat tədbirləri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə