Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, gecə saatlarında Maştağa qəsəbəsinin Şəfayi küçəsində yerləşən parkın qarşısında 16 yaşlı Səfər Səfərov və 21 yaşlı Sahib Ömərov naməlum şəxs tərəfindən bıçaqlanıblar.
Hər iki yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyətləri ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. Bıçaq Səfər Səfərovun böyrəyini yaraladığından onun vəziyyəti daha ağırdır. Sabunçu rayon Polis İdarəsindən bildirildi ki, yaralıların vəziyyəti ağır olduğundan onları dindirmək mümkün olmayıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, dostlar hadisədən əvvəl qəsəbə ərazisində yerləşən "Görüş" restoranında toy mərasimində iştirak ediblər. Hadisə isə toy məclisindən sonra baş verib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB