Saatlıda beş ay əvvəl törədilən quldurluq hadisəsinin üstü açılıb

Saatlıda beş ay əvvəl törədilən quldurluq hadisəsinin üstü açılıb

Bir qrup şəxs 29 may 2011-ci ildə axşam saatlarında Məhərrəmov Nəbi Məhəmməd oğlunun taksi kimi istifadə etdiyi VAZ-2107 markalı avtomobilinə minərək Saatlı rayonunun Soltanabad kəndinə sürməyi xahiş ediblər. SİA-nın Aran bürosuna Saatlı Rayon Polis Şöbəsinin baş müstəntiqi Qurbanəli Qurbanov verdiyi məlumata görə, yolda həmin şəxslər taksi sürücüsünə qarşı basqın edib, daha sonra bıçaqla xəsarət yetiriblər. Bu yolla onlar sürücünü hədələyərək onun üstündə olan 640 manat pulunu və 2 ədəd təqaüd kartını götürüblər.

Sonradan istintaq tərəfindən müəyyən edilib ki, quldurlar Sabirabad rayon sakinləri 1990-cı il təvəllüdlü Huseynov Əkbər Əlikiram oğlu, 1991-ci il təvəllüdlü Zeynalov Səid Sədi oğlu, 1996-cı il təvəllüdlü Huseynzadə Elmin Sərdar oğlu və 1992-ci il təvəllüdlü İsmayılov Mahir Zahir oğludur. Keçirilmiş istintaq əməliyyatı nəticəsində cinayəti törədən şəxslər həbs olunaraq istintaqa təhvil verilib.

Faktla bağlı Saatlı rayon PŞ-də CM-nin 181.2.1 və 181.2.5 maddəsiylə cinayət işi başlanılıb və araşdırma aprılır.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə