Azərbaycan ordusunun zabiti şəhid olub

Azərbaycan ordusunun zabiti şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 2-də saat 13.55-dən 14.05-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən saat 15.00-dan 15.05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun zabiti, leytenant, 1986-cı il təvəllüdlü Əliyev Emin Elmar oğlu şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə