Ağdamda yol qəzası baş verib

Ağdamda baş verən ağır yol qəzasında iki minik maşını toqquşub. Baş verən qəzası nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Rayonun Quzanlı qəsəbəsində baş verən yol qəzasında "Moskiviç" markalı avtomaşınla "Mersedes" markalı avtomobil toqquşub. Sürət həddini aşan "Mersedes" idarə etməni itirərək "Moskiviçə" dəyib. Hadisə nəticəsində "Moskivicin" sürücüsü və iki nəfər sərnişin xəsarət alıb.

Yerli sakinlərin köməkliyi ilə yaralılar rayon mərkəzi xəstəxanaına çatdırılıb. Qəza nəticəsində Ağdam rayon sakinləri Əliyev Yusif , Məmmədov Arzuman və Jalə Məmmədova müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Qeyd edək ki, hazırda yaralıların vəziyyəti orta ağırdır.

Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma aparılır.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə