Şabranda şagirdi tərəfdən bıçaqlanan 73 yaşlı Azərbaycan dili və ədəbiyyat müəlliməsi Şərqiyyə Cəbrayilova baş verən hadisə ilə baglı SİA-ya danışıb. Onun sözlərinə görə, hadisədən bir gün əvvəl də indi hadisəni törədən Elçin və daha iki nəfər gecə saat 22:00 radələrində onun qapısına gələrək kömək və məsləhət almaq istəyiblər. Amma müəllimə bildirdi ki, gec olduğundan, həm də ürəyinə qorxu düşdüyündən qapını açmayıb.
Şərqiyyə Cəbrayilova deyir ki, axşamki qonaqlar ertəsi gün saat 8 də yenidən onun qapısına gəliblər. Axşamdan onları evə buraxmadığına görə peşman olan müəllimə dərhal qapını açdığını bildirir. Onun dediyinə görə, 5-ci sinifdə dərs dediyi Elçinin anası və xalası vaxti ilə onun sevimli şagirdləri olub. Elçin yanındakı oğlanlardan birini xalası oğlu Orxan kimi təqdim edib. Otaqda onlardan testləri gətirib-gətirmədiyini soruşan müəllimə bilidirir ki, şagirdləri daha çox evdə olan otaqlarla maraqlaniblar. Son nəticədə onları yola salanda müəllimə qəfildən zərbə hiss edib.
Hadisədən sonra səsə gələn qonşuların köməyi ilə biçaqlanan müəllimə təcili yardımın köməkliyi ilə Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Şabran polisi dərhal faktla bağlı əməliyyat istintaq tədbirlərinə başlayıb.
Polis şöbəsininn rəis müavini Məmmədmusa Hüseynov məlumat verdi ki, hadisəni şəhərin Tofiq Abbasov küçəsində yaşayan 16 yaşli Elçin Şahverdiyev törədib. O müəlliməyə mətbəx biçaği ilə xəsarət yetirib. Azyaşlı olduğundan hələlik onun barəsində həbs imkan qəti tədbiri seçilməyib.
Emin KərimovBütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB