Bakıda partlayış nəticəsində 2 ev yanıb, 1 nəfər ölüb

Bakıda partlayış nəticəsində 2 ev yanıb, 1 nəfər ölüb

Bakıda təbii qazın sızması nəticəsində partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Yasamal rayonu ərazisində Mirağa Məmmədova məxsus evdə təbii qazın sızmasından partlayış olub və yanğın baş verib.


Yanğın şiddətli olduğundan sonradan qonşuluqda yaşayan Mirağa Məmmədovun qardaşı Məmmədə məxsus evə də keçib. Yanğını söndürmək mümkün olmayıb. Hər 2 evin yanar kostruksiyaları və oradakı əşyalar yanıb.


Qeyd edək ki, yanıq xəsarətilə xəstəxanaya yerləşdirilən Mirağa Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə