Ağır yol qəzası baş verib

Yevlax-Ağdam yolunda ağır yol qəzası baş verib. SİA-nın Qarabağ bölgəsinin verdiyi xəbərə görə, Bərdənin Kətəlparaq kəndi ərazisində baş verən yol qəzasında iki minik maşını toqquşub. Hadisəyə səbəb QAZ 3110 avtomobil qarşıdan gələn VAZ 2106 markalı avtomobilin hərəkət zolağına çıxaraq qəfil dönmə manevri etməsi olub.

Hadisə nəticəsində hər iki maşından bir nəfər sərnişin xəsarət alıb.Yaralılar dərhal Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə