ABŞ-ın mərkəzində, Kanzas ştatında taxıl emalı anbarında partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Atçison şəhərində qeydə alınmış hadisə 3 nəfərin ölümünə səbəb olub. Daha 3 nəfər isə itkin düşmüş hesab olunur. Partlayış zamanı anbarda 11 nəfər olub.
Digər şəxslər arasında yaralananların olduğu bildirilir. Axtarış-xilasetmə əməliyyatlarına xeyli sayda canlı qüvvə və texnika cəlb olunub. İlkin ehtimala görə, partlayışa taxılın alışması səbəb olub. Hadisənin baş vermə səbəbi araşdırılır, qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB