Konqonun cənub-qərb hissəsində çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, banında çoxlu sayda insanın olduğu yük avtomobili sürücünün idarəetməsindən çıxaraq ağaca çırpılıb.
Katanqa vilayətinin Likasi yaşayış məntəqəsində qeydə alınmış hadisədə 33 nəfər ölüb. Xəsarət alanlar barədə məlumat verilmir. Qəzanın sürücünün ehtiyatsızlığı səbəbindən baş verdiyi ehtimal edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB