Göygöldə qardaş öz qardaşını diri-diri yandırdı

Göygöldə qardaş öz qardaşını diri-diri yandırdı

Göygöl rayonunda qardaşların mülk mübahisəsi birinin faciəvi ölümü ilə nəticələnib. Hadisə rayonun Fərzəliyev qəsəbəsində qeydə alınıb. 1989-cu il təvəllüdlü Məlikov Sahil Saleh oğlu gecə saatlarında özü ilə bərabər 3 qardaşının bir evdə yaşadığı mənzilə gələrək qardaşlarından evi tərk etmələrini istəyib.

Lakin digər qardaş 1989-cu il təvəllüdlü Məmmədov Xəyal Saleh oğlu buna etriaz edib. Bu zaman Sahil Məlikov qardaşının üzərinə və evə benzin tökərək yandırıb. Qardaşı diri-diri yanıb. Adıçəkilən şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun bədəninin 90 faiz yanıb. Keçirilən əməliyyat nəticəsində hadisəni törədən kiçik qardaş tutulub.

Qeyd edək ki, hər iki qardaş ailəlidir. Mərhumun iki övaldı var. Göygöl rayon Prokurorluğundan SİA-nın Qərb bürosuna verilən məlumata görə, faktla bağlı Azərbaycan respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə iş açılıb.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə