“VAZ-2106” ilə “BMW” toqquşub: ölən və yaralananlar var

“VAZ-2106” ilə “BMW” toqquşub: ölən və yaralananlar var

Oktyabrın 31-i saat 23:55 radələrində Y.Səfərov küçəsində Bakı şəhər sakinləri Taleh Muxtarovun idarə etdiyi "VAZ-2106" markalı və Mahir Razayevin idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü T.Muxtarov və sərnişini Kərim Kərimov Klinik Tibbi Mərkəzə yerləşdirilib, "BMW" markalı avtomobildə olan sərnişin Fərid Yusifov isə hadisə yerində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə