Paytaxtda mənzildən külli miqdarda pul və zinət əşyaları oğurlanıb

Paytaxtda mənzildən külli miqdarda pul və zinət əşyaları oğurlanıb
Bakıda mənzildən külli miqdarda pul oğurlayan şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 14-də X. Məmmədov küçəsində yaşayan Teymuraz Ələkbərovun mənzilindən pəncərədən keçmə yolu ilə 6000 manat, 8500 ABŞ dolları və 1700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.


Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Samir Soltanov oktyabrın 31-də tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com