Bakıda saxta əskinazlar aşkarlanıb

Bakıda saxta əskinazlar aşkarlanıb

Nizami Rayon Polis İdarəsinin CAŞ və NMB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində B.Nuriyev küçəsində yaşayan Rac Süleymanovun mənzilindən 113 ədəd 100 manatlıq, 51 ədəd 50 manatlıq saxta əskinas və 29 qramdan artıq narkotik vasitə olan heroin götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sabunçu qəsəbəsi Aydınbəyov küçəsində yaşayan Saleh Salmanovun mənzilindən isə 14 ədəd 5 manatlıq, 7 ədəd 20 mantalıq saxta əskinas və 85 qramdan artıq narkotik vasitə olan marixuana aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə