Bir gündə neft-qaz sektorunda iki partlayış baş verib. Birinci hadisə İranın cənubunda, Buşəhr vilayətində buruqlardan birində baş verib. "Bibi Həkimə" adlı neft-qaz yatağında qeydə alınmış hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Bildirilir ki, dərhal görülmüş təhlükəsizlik tədbirləri nəticəsində yanğının qarşısı alınıb. Partlayışa qazma işləri aparılarkən qazın sızması səbəb olub.
İkinci hadisə İranın mərkəzində, Ərak şəhərində yerləşən neft emalı zavodunda baş verib. "Şazand" adlı zavodda qeydə alınmış yanğın hadisəsi hadisə zamanı tələfat olmayıb. Yanğın söndürülüb. Hadisənin başvermə səbəbi və yanğının ümumi sahəsi barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB