Yasamal rayonunda yanğın baş verib

Yasamal rayonunda yanğın baş verib

Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, nəticədə binanın ümumi sahəsi 800 kvadratmetr olan çardağının yanar hissələri 150 kvadratmetr sahədə yanıb. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən yanğın zamanı binada olan 25 sakini, o cümlədən 5 uşağ təxliyə edilmiş, binanın qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə