Gəncədə hərbiçilər qəzaya uğrayıb - FOTO

Gəncədə hərbiçilər qəzaya uğrayıb - FOTO

Gəncə şəhərində daha bir ağır yol qəza hadisəsi baş verib. Bu dəfəki qəza 1 nəfərin ölümünə, 3-nün isə yaralanması ilə nəticələnib. SİA-nın bölgə müxbiri xəbər verir ki, qəza dünən gecə saatlarında Gəncə-Bakı magistralının 1-ci km-də qeydə alınıb.

Məmmədov Kənan Xaliq oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobillə qarşı tərəfdən gələn "VAZ 21 97" markalı avtomobil toqquşub. Nəticədə ikinci avtomobilin sürücüsü 1980-ci il təvəllüdlü Qasımov Elnur Məzahir oğlu aldığı xəsarətlərdən yerindəcə keçinib.

Aparılan ilkin istintaqın nəticələrinə görə, hadisəyə səbəb ötmə əməliyyatının düzgün həyata keçirilməməsi olub. Qəza zamanı digər avtomobildə olan sürücü və 2 yaralı hərbi qospitala aparılıb.

Yaralılar Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncədəki bazasının hərbiçiləri olub. Həkimlərin müdaxiləsi ilə iki sərnişinin vəziyyəti normallaşsa da birinin səhəti ağır olaraq qalır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb araşdırmalar davam edir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə