Bakıda qayın gəlini qətlə yetirdi

Bakıda qayın gəlini qətlə yetirdi

Bakıda qətl hadisəsi törədilib. Qaradağ rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, oktyabrın 16-da Qızıldaş qəsəbəsində paytaxt sakini, 1973-cü il təvəllüdlü Əliyev Habil Zabil oğlu qardaşı arvadı, 49 yaşlı Əliyeva Xədicə Kamaləddin qızına bıçaqla xəsarət yetirib. Aldığı xəsarətlər ağır olduğundan Xədicə Əliyeva bir nece gün sonra xəstəxanada dünyasını dəyişib.



38-ci PB-nin əməkdaşları tərəfindən saxlanılan Habil Əliyev barədə cinayət işi açılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə