Şirvanda bıçaqlanma hadisəsi baş verib

Şirvanda bıçaqlanma hadisəsi baş verib

Bu gün saat 13:30 radələrində Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, Ticarət Mərkəzində 1987-ci il təvəllüdlü Şirvan sakini Əliyev Elxan Sərxan oğlunu həmyaşıdı Fətiyev Ruslan Gülməmməd oğlu bıçaqla ürək nahiyyəsindən vurub.

Zərərçəkmişin qardaşının dediyinə görə, Ruslanla qardaşı Elxan bir məhəllədə yaşayırlar. Elxanın ardınca gələn taksi sürücüsünü Ruslan dostları ilə bərk maşın sürmək üstündə döymək istəyəndə aralarına zərərçəkmiş girib. Mübahisə sülhlə qurtarsa da Ruslan 2 avtomabillə dostlarını başına yığaraq bıçaqla silahlanıb bazara yollanıblar. Elxanı tapıb ona hücum ediblər. Dəstə başçısı Ruslan Fətiyev özü bıçaqla Elxanı vurduqdan sonra dəstə üzüvlərini də götürüb bazardan çıxıb.

Yaralı əvvəlcə Şirvan Müalicə Diaqnostika mərkəzinə aparılır. Xəstəni burada qəbul etməyib Şirvan xəstəxanasına göndərilib. Cərrahiyyə şöbəsinin müdiri Akif Rüstəmovun verdiyi məlumata əsasən, Elxan Əliyevin sol döş qəfəsinin 4-ci qabırğa nahiyyəsində kəsilmiş yara aşkar edilib.

Polis şöbəsindən verilən məlumata görə, hadisəni törədən şəxs saxlanılıb və faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə