Gəncədə qəribə yol qəzası baş verib - FOTO

Gəncədə qəribə yol qəzası baş verib - FOTO

Qəza dünən, saat 15.00 radələrində Gəncə-Bakı magistralının 1-ci km-də qeydə alınıb. 1977-ci il təvəllüdlü Goranboy rayon sakini Abbasov Asim Akif oğlunun özünə məxsus "VAZ 11 83" markalı 22 BE 502 dövlət nömrə nişanlı avtomobilində meyiti tapılıb. Adıçəkilən şəxsin baş nahiyəsinə dəyən dəmir parçasının təsirindən sürücü həyatını itirib. Hadisə yerinə gələn Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqlərinin apardığı araşdırmanın nəticələri göstərib ki, mərhum qarşı tərəfdən gələn \"VAZ 21 07\" markalı 10 SV 987 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün ehtiyatsızlığından baş verib. Belə ki, ikinci avtomobil dəmir parçasının üzərindən keçdiyi zaman dəmir qırıntısı Abbasov Asim Akif oğlunun avtomobilinin şüşəsini deşərək baş nahiyəsinə dəyərək onun həyatına son qoyub.

Gəncə şəhər Baş Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata əsasən artıq \"VAZ 21 07\" markalı avtomobilin sürücü saxlanılıb. Faktla bağlı Cinayət Məcələsinin 263.2 (avtomobili ehtiyatsız idarə etmə) maddəsi ilə cinayət işi açılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə