Bərdədə avtomobil kanala düşüb
Bərdədə ölümlə nəticələnən yol qəzası hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonunun Mirzəxanlı kəndi ərazisində Poladlı kənd sakini 1968-ci il təvəllüdlü Ədalət Əsgərov "VAZ-21011" markalı avtomaşınla idarə etməni itirərək su kanalına düşüb.
Hazırda Qarabağ kanalında Fövqaladə Hallar Nazirliyinin xilas edici qrupu tərəfindən avtomobilin və sürücünün axtarışları aparılır.Kanalda su çox olduğundan əməliyyat axtarış tədbirlərinə mane olur. Suyun qarşısının bağlanması üçün aidyyəti qurumlara məlumat verilib.
Faktla bağlı Bərdə rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Şamxal

Bütün xəbərlər Facebook səhifəmizdə