Yol qəzasında 12 nəfər ölüb

Hindistanın Qərbi Benqaliya ştatında çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Debra yaşayış məntəqəsində, dayanacaqda dayanmış sərnişin avtobusuna yanacaq daşıyan avtomobilin çırpılması tələfata səbəb olub.

İlkin məlumata görə, 12 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerində müvafiq işlər görülüb. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə