Anar Məmmədxanovun valideyinlərinin evindən oğurluq edən şəxs saxlanılıb
Bakıda oğurluq hadisəsi baş verib. Səbail rayon 39-cu Polis Bölməsindən SİA-ya verilən məlumata görə, bu ilin aprel ayında R.Behbudov küçəsində yaşayan Səidə İbrahimovanın mənzilindən açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlanıb.
Bölmənin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron sakini Qalina Babayeva oktyabrın 21-də tutulub.
Qeyd edək ki, Q.Babayevanın taladığı ev mərhum millət vəkili, ictimai xadim Anar Məmmədxanovun atası Camal İslamov və anası Səidə İbrahimovanın yaşadığı mənzildir. Məlumata görə, Q.Babayeva ailəyə yaxın olub və evə gedib-gəlirmiş. O, mənzilin açarının sürətini çıxarıb və evdə kimsə olmayan zaman qızıl-zinət əşyalarını götürərək qaçıb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB