Gəncədə avtomobil qəzası: 1 ölü 3 yaralı

Gəncədə avtomobil qəzası: 1 ölü 3 yaralı

Dünən gecə saatlarında Gəncə şəhərində ağır yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə Gəncə-Qazax magistral yolunda, Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb. "VAZ 2105" markalı 25 BD 365 dölət nömrə nişanlı avtomobillə "VAZ 21 011" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 21015" markalı avtomobildə olan 1990-cı il təvəldlüdlü, Gəncə şəhər sakini Məmmədov İntiqam Eldar oğlu aldığı xəsarətlərdən yerindəcə keçinib. Digər avtomobildə olan sərnişinlər 1952-ci il təvəllüdlü Ələkbərov Tirəli Ağəli oğlu, 1960-cı il tğəvəllüdlü İbarihmova Nahidə İdris qızı və 2000 ci il təvəllüdlü Ələkbərova Sevinc Tirəli qızı aldığı ağır xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

İlkin müdaxilənin ardından xəstələr dərhal Bakı şəhərinin tibb ocaqlarına göndərilib. Gəncə şəhər Baş Polis İdarəsindən isə SİA-ya bildiriblər ki, ilkin ehtimallara görə. hadisə "VAZ 21 015" markalı avtomobilin sürücüsü mərhum Məmmədov İntiqam Eldar oğlunun içkili halda olmasından baş verib.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə