Tərtər və Bərdə rayon ərazisində mal-qara oğurluğu ilə məşğul olan 7 nəfərdən ibarət iki cinayət dəstə tutulub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, üç nəfərdən ibarət Bərdə sakinləri rayonun Qazaxlar kəndində tövlədən 6 baş iribuynuzlu heyvan aparıblar. Oğurlanmış heyvanları rayon sakini Səmiyərin Ağalaraova məxsus "Qazel" markalı yük maşınına yığaraq Ağdaş rayonunda yerləşən heyvan bazarında satıblar.
Digər oğrurluqla məşğul olan ikinci dəstə isə 4 nəfərdən ibarət Mingəçevir şəhərində yaşayan Tərtər rayon sakinləridir. Oğrular Bərdənin Soğanverdilər kəndində Səlim Səlimova məxsus iri buynuzlu heyvanları tövlədən gecə saatlarında oğruluyaraq Mingəçevir şəhərinə aparıblar.
Polisin kecirdiyi əməliyat tədbirləri zamanı oğurlardan 3 saxlanıb, digər bir nəfərin isə hazırda axtarışı aparılır.Fakt üzrə Bərdə rayon polis şöbəsində CM 177 maddəsi ilə cinayyət işi başlanıb istintaq aparılır.
Şamxal
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB