Ağcabədi rayonun Yuxarı Qiyamadanlı kəndi ərazisində ANAMA-ın əməkdaşları iki ədəd partlamamış mərmi tapıb. SİA-nın Qarabağ börosunun verdiyi xəbərə görə, əməliyyatlar zamanı əkin sahəsindən 1 ədəd PM 57 tank əleyhinə mina, 1 ədəd top mərmisi aşkar edilib.Partlamamış hərbi sursatlar yerindəcə zərərsizləşdirilib.Partlayış zamanı bütün təhlükəsizlik qaydalarına əməl edilərək ərazidən olan insanlar uzaqlaşdırılıb.
Qeyd edək ki, həmin ərazidə Qarabağ müharibəsi dövründə hərbi əməliyyatlar həyata keçirilib. Minalar ermənistan ordusu tərəfindən yerləşdirilib. ANAMA-nın əməliyyat qrupu həmin ərazidə əməliyyat axtarış tədbirlərini davam etdirəcək.
Şamxal
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB