Borsunlu Hindarx yolunun Bərdənin Şahvəlilər kəndi ərazisində baş verən qəzada iki minik maşını toqquşub. SİA-nın Qrabağ börosunun verdiyi xəbərə görə, toydan gələn \"Mercedes\" markalı avtomobilin qarşısına \"VAZ 2107\" markalı avtomaşın çıxıb. Hadisə nəticəsində \"Mercedes\" markalı avtomaşın aşaraq dərəyə yuvarlanıb.
Qəzada nəticəsində \"Mercedes\"də olan sərnişin Zəminə Quluyeva xəsarət alıb.Yaralı müxtəlif bədən xəsarəti ilə rayon mərkəzi xəstəxanasına aparılıb. Hazırda yaralının vəziyyəti orta ağırdır.
Faktla bağlı Bərdə rayon polisnidə araşdırma aparılır.
Şamxal
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB