“Daewoo” iki piyadanın ölümünə səbəb olub

“Daewoo” iki piyadanın ölümünə səbəb olub

Oktyabrın 18-i saat 06:30 radələrində Azadlıq prospektində Sabirabad rayon sakini Elçin Quliyev idarə etdiyi "Daewoo" markalı 14 saylı xətt avtobusu ilə Bakı şəhər sakini Rizvan Qasımovu vurub və o, xəstəxanaya aparılarkən yolda ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, oktyabrın 18-i saat 12:25 radələrində isə S.Axundov küçəsində Abşeron rayon sakini Vasif Məmmədov idarə etdiyi "Daewoo" markalı avtomobillə Bakı şəhər sakini Həsən İbrahimovu vurmuş və o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə