Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Astara rayon sakini Şamil Quliyev oktyabrın 17-də tutulub. SİA-nın aldığı məlumatdan da bəlli olub ki, o, 2010-cu il avqustun 19-da Əliyarbəyov qardaşları küçəsində yaşayan Elina Bayın evindən açıq qapıdan keçməklə 2000 ABŞ dolları, 2011-ci il sentyabrın 21-də V.Muradov küçəsində yaşayan Bağır İsmayılovun evindən pəncərədən keçməklə 150 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları, sentyabrın 10-dan 14-dək olan müddətdə Xanlar küçəsində yaşayan Məqsudə Məmmədovanın mənzilindən eyvandan keçməklə 1 ədəd qızıl üzük və 300 manat, iyunun 11-də isə Əlibəyov qardaşları küçəsində yaşayan Teymur Aslanovun mənzilindən açıq qapıdan keçmək yolu ilə 80 manat və qızıl-zinət əşyaları oğurlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB