Tələbələri daşıyan qayıq batıb

Tələbələri daşıyan qayıq batıb

Pakistanın şimal-şərqində, Saxival şəhəri yaxınlığında qayıq qəzaya uğrayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, içərisində təxminən, 50 tələbə olan motorlu qayıq kanalda çevrilərək batıb.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən sudan 20 cəsəd çıxarılıb. Hazırda itkin düşmüş hesab edilən şəxslərin axtarışları davam edir. Sağ qalanlar və qəzanın başvermə səbəbi barədə məlumat verilmir

Bütün xəbərlər Facebook səhifəmizdə