Həbsxanaya mobil telefon və narkotik vasitə keçirənlər həbs olunub

Həbsxanaya mobil telefon və narkotik vasitə keçirənlər həbs olunub

Həbsxanaya mobil telefon və narkotik vasitə keçirənlər həbs olunub. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin həbsxanasına mobil telefon və narkotik vasitə keçirilməsinə cəhd olunub. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, həbsxanada cəza çəkən 1982-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilən məhkum Kərimov Rövşən Həsənəli oğlunun yanına uzunmüddətli görüşə gələn anası Kərimova Zərəfşan İsfəndiyar qızının gətirdiyi sovqata əməliyyat aparatı tərəfindən baxış keçirilib.

Bu zaman ağ rəngli qazanın içərisinə kustar üsulla qaynaq edilən dəmir parçasının alt hissəsində gizlədilən 2 ədəd "Nokia" markalı mobil telefon, 2 ədəd ehtiyat qidalandırıcı hissə, 1 ədəd "Sim" kart və 1 ədəd bükülüdə yerləşən ümumi xalis çəkisi 5,960 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə