Polis əməkdaşı intihar edib
Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının intiharı ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, oktyabrın 16-da saat 18.45 radələrində Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Orxan Abbasov evlərində atasına məxsus \"Kral\" markalı ov tüfəngindən özünə atəş açıb. O. Abbasov aldığı xəsarətdən ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə