İran vətəndaşı Bakıda soyğunçuluq edib

İran vətəndaşı Bakıda soyğunçuluq edib

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən İran vətəndaşı Kamran Arayeşkar, Bakı şəhər sakinləri Nahid Əlizadə və Qabil Abbasov oktyabrın 15-də tutulublar.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məlum olub ki, onlar sentyabrın 30-da Sabir küçəsində Bakı şəhər sakini Lyudmila Bayramovanın içərisində 150 manat və mobil telefon olan əl çantasını, oktyabrın 11-də isə Keşlə qəsəbəsi M.H.Kazımov küçəsində qəsəbə sakini Səbinə Ovçuyevanın içərisində müxtəlif əşyalar olan əl çantasını əlindən alaraq qaçıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə