Rusiyanın cənub-şərqində yerləşən Amur vilayətində zəlzələ baş verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 6,4 bal təşkil edib. Zəlzələnin episentri Tında şəhərindən 134 km cənub-qərbdə qeydə alınıb.
Yeraltı təkanların 5 dəqiqə ərzində hiss olunduğu bildirilir. İlkin məlumata görə, tikililərdə dağıntı qeydə alınıb, Skovorodino şəhərinin elektrik enerjisi ilə təminatı kəsilib. Təhlükəsizlik tədbirləri çərçivəsində Tında şəhərində xəstəxanalarda olan insanlar təxliyyə edilib, Skovorodino şəhərində isə tikililəri tərk etmiş əhalinin evlərə qayıtması tövsiyə olunmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB