Narkotik alverçisi polis çıxdı

Azərbaycanda polis əməkdaşı narkotik vasitə satarkən tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Daxili Təhqiqatlar İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Müşfiq Əkbərov 6,283 qram heroini satarkən saxlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə