Bakıda qadınlardan ibarət cinayətkar qrup tutuldu

Bakıda qadınlardan ibarət cinayətkar qrup tutuldu

Oktyabrın 14-də Bərdə rayon sakinləri Sədayə Məmmədova, Aidə Məmmədova, Təhminə Şərifova, Rəqsanə Bəşirli və Lalə Bəşirli Bakı şəhər sakinləri Elşən İsmayılova məxsus S.Məmmədov küçəsində yerləşən mağazadan oyuncaq, eyni ünvanda yerləşən Zəminə Ağayevə məxsus mağazadan isə 1 ədəd yük çantası, geyim əşyaları oğurlayıblar.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə